Salyanda avtomobillə vurulan piyada öldü - Yenilənib

Salyan rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, ötən gün axşam saatlarında minik avtomobilinin vurduğu Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
23:45 ***14.03.2020
Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunda Salyan şəhəri ərazisindəki “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












