Şamaxıda "Hyundai" radara çırpıldı - Sürücü xəstəxanada öldü

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxsin kimliyi məlum olub. Bu gün saat 18:00 radələrində Şamaxının Şərədil kəndi ərazisində 99-UB-539 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobilinin yol kənarındakı radar dirəyinə çırpılması zamanı ağır xəsarət alan sürücü Xırdalan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbasov Elvin Mehman oğlu olub. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
****
18:48
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxının Şərədil kəndi ərazisində qeydə alınıb. 99-UB-539 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı radar dirəyinə çırpılıb. Hadisə zamanı avtomobil əzilib, radar dirəyi aşıb, sürücü ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
APA
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












