Şamaxıda içərisində şagirdlər olan "Niva" aşıb, ölən və xəsarət alanlar var

Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Ölən və yaralanan şəxslər 11-ci sinif şagirdləridir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












