“Şamaxinka”da 10 yaşlı qaraçı uşağı avtomobil vurdu

Qəzalar 5 May 2021 08:55
“Şamaxinka”da 10 yaşlı qaraçı uşağı avtomobil vurdu
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, “Şamaxinka” adlanan ərazidə 10 yaşlı qaraçı uşaq, Dərvişov Həsən Knyaz oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 2032
ŞƏRH YAZ
Ad

E-mail

Şərh