Sarayda minik maşını ilə yük avtomobili toqquşdu, 3 nəfər öldü - FOTO - YENİLƏNİB - VİDEO

Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.
Hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci ildə anadan olmuş Allahverdiyeva Məryəm və 1974-cü ildə anadan olmuş Afət adlı şəxs dünyasını dəyişib.
Qəza nəticəsində 2019-cu ildə anadan olmuş Hüseynli Mehdi, 2016-cı ildə anadan olmuş Hüseynli Hüseyn, 1984-cü ildə anadan olmuş Hüseynova Nərminə, və 1989-cu ildə anadan olmuş hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib. (apa)
***
20:07
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














