Şəkidə "Volkswagen" çaya düşdü

Qəzalar 21 Yanvar 2023 16:27
Şəkidə "Volkswagen" çaya düşdü
WhatsApp kanalımıza abunə olun

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, "Wolskvagen Bora" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Daha sonra "Wolskvagen Bora" markalı maşın Qurucana çayına düşüb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxunub : 1436
ŞƏRH YAZ
Ad

E-mail

Şərh