Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var

Şəkidə Aşağı Küngüt kəndi və şəhər ərazisində yol qəzaları qeydə alınıb.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 26 yaşlı Elmar Musazadə xəsarət alıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, şəxsə başın açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.
Digər yol-nəqliyyat hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. "Nissan" və VAZ-21015 markalı iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Nissan"ın sürücüsü 71 yaşlı Asif Paşayev Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pasiyentə başın çoxsaylı açıq yaraları, sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən Asif Paşayevin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Hər iki yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












