Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO - VİDEO

Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə yerində həyatını itirən şəxs 68 yaşlı Köndələn kənd sakini Yusif Mustafayev olub.
Yaralanlar isə “KamAZ” sürücüsü 35 yaşlı Balakən rayon sakini Oruc Muradov və traktor sürücüsü, Baş Göynük kənd sakini 31 yaşlı Samir Abdullayevdir.
Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
**
Şəkidə “Kamaz” piyadanı vurub, daha sonra traktorla toqquşub.
Avtosfer.az-ın məlumatına görə, axşam saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.



Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












