Şəmkirdə ağır qəza - 5 nəfər ÖLDÜ - VİDEO - YENİLƏNİB

Şəmkir baş verən qəzada ölənlərin adları məlum olub.
Avtosfer.az xəbər verir ki, "VAZ-2106" Sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, "Niva"nın sürücüsü Z.Cabbarov sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.
1996-cı il təvəllüdlü E.Orucov xəsarət alaaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, yanvarın 24-ü saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində polisə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparmaqla bərabər hərəkətin təhlükəsizliyi nəzarətdə saxlanılmaqla bərpa edilib. Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyevin Qazax rayonu istiqatində hərəkətdə olarkən əks hərəkət istiqamətinə daxil olması və qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölmüş, "VAZ-2106"da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Şəmkirdə ağır yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva" ilə "VAZ-2106" toqquşub.
Qəza zamanı 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bugünkü qəzada ölən hərbçilərin FOTOsu
Yevlaxda mikroavtobus aşıb, yaralılar var - YENİLƏNİB
Ağdamda AĞIR QƏZA: Ölən var
Novxanı-Pirşağı yolunda ağır yol qəzası, ölən var
Vəsiqə olmadan moto sürən yeniyetmə 70 yaşlı qadını vurdu - VİDEO
Pirşağı yolunda ağır qəza: Maşınlardan biri aşdı, o biri isə ... - VİDEO
Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldı
Bakıda ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Özünü maşının qarşısına atan skuter sürücüsü qəzadan belə xilas oldu - VİDEO
Sumqayıtda qəza: “Prius” beton arakəsməyə çırpıldı - VİDEO
Yasamalda zəncirvari qəza: Dörd taksi toqquşdu - VİDEO










