Banner

Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - RƏSMİ

Xəbərlər 18 Noyabr 2026 18:50
Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - RƏSMİ
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının məlumatında bildirilib.

Məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Qəbul edilən qərarlara əsasən 6 vəkil kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh