Şəmkirdə minik maşını hasara çırpılıb, xəsarət alan var

Qəzalar 11 Yanvar 2023 12:49
Şəmkirdə minik maşını hasara çırpılıb, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Şəmkirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərxan yaşayış massivində qeydə alınıb. İdarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq yol kənarındakı qəbiristanlığın hasarına çırpılıb.

Qəza zamanı sürücü, 1975-ci il təvəllüdlü Kəmalə Çündü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 948
ŞƏRH YAZ
Ad

E-mail

Şərh