Şəmkirdə minik və yük maşınları toqquşub, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB

Şəmkirdə baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub.
Qəzada ölən yeniyetmə Gədəbəy rayonunun Qumlu kənd sakini İlkin İmanov, xəsarət alan sürücü isə 31 yaşlı Elvin Abdullazadədir.
Qeyd edək ki, qəzanın iştirakçılarından olan “KamAZ” markalı yük maşının SOCARA məxsus olduğu bildirilir. Xatırladaq ki , hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini 31 yaşlı Elvin Abdullazadənin idarə etdiyi "VAZ 21099" markalı minik maşını ilə “KamAZ” markalı yük maşını ilə toqquşub.
***
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
"VAZ 21099" markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ”-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
(apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














