Şəmkirdə ölümlə nəticələnən yol qəzası törədən sürücü tutulub - RƏSMİ

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub.
Baş Prokurorluqdan verilən məlumata görə, fevralın 16-da Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisində 1974-cü il təvəllüdlü Elməddin Aslanovun idarə etdiyi “Mercedes-Benz” markalı 57-CH-343 dövlət qeydiyyat nişanlı avtomobilin Şahin Ağalarovun idarə etdiyi eyni markalı 99-XV-880 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü Elməddin Aslanov və sərnişin Orxan Qarayevin hadisə yerində vəfat etmələri, digər 3 sərnişinin isə xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Ş.Ağalarov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 18-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












