Şəmkirdə AĞIR QƏZA: polis əməkdaşı öldü, 4 nəfər yaralandı - YENİLƏNİB

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib
Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
***
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DiN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO












