Sərxoş halda ağır qəza törədən tanınmış şəxs imiş - FOTO

Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Lexus” markalı avtomobillə ağır qəza törədən 1986-cı il təvəllüdlü Elmar Allahverdiyev tanınmış şəxsdir. Belə ki, E.Allahverdiyev keçmiş hərbçidir və ali təhsilli kəşfiyyatçı olub.
Aprel döyüşlərində iştirak etmiş Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib və dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, "Lexus" markalı avtomobilin işıq dirəyi və ağaclara çırpılması zamanı Elmar Allahverdiyev spirtli içkinin təsiri altında olub. Onun avtomobili yüksək sürətlə idarə etməsi dəmüəyyənləşib.
Həmçinin o da məlum olub ki, qəzada vəfat edən 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva Elmar Allahverdiyevin həyat yoldaşıdır. Hadisə nəticəsində onun 2 övladı və digər qohumu da müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ














