Sərxoş yol polisi həmkarını sürətlə vurub qaçdı

Kalininqrad vilayətində sərxoş yol polisi inspektoru həmkarını vuraraq qaçıb.
Avtosfer.az bildirir ki, hadisə Qvardeyski rayonunda baş verib. Məlumata görə, 42 yaşlı yol polisinin böyük inspektoru işdənkənar “Audi A8” markalı avtomobillə sərxoş vəziyyətdə Sokolniki kəndinin yanından keçərkən həmkarları tərəfindən saxlanılıb. Məlum olub ki, həmin an onun həmkarları yol hərəkəti qaydalarını pozanlara qarşı reyd keçirirmiş.
Öz təhlükəsizlik işçilərini görən müfəttiş qaza basaraq sürətlə yol polisini yerə yıxıb. Onun saxlanılması təxminən bir saat davam edib. Məlumata əsasən, yol polisi “Audi”ni saatda 210 km sürətlə idarə edib.
Cinayətkar qaça bilib və hazırda axtarışdadır. “Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanıb, həmin şəxsi 5 ilədək həbs cəzası gözləyir.
Onun vurduğu polis ciddi xəsarət almayıb.
Lent.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












