"Audi" "Mercedes"ə çırpıldı: 4 ölü, 1 yaralı - FOTO - YENİLƏNİB

Bu gün Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.
Siyəzən şəhər sakinəri 16 yaşlı Nihat Abasov, Rəvan Abasov, 17 yaşlı Aqşin Məmmədli və 31 yaşlı Nicat Məmmədov dünyasını dəyişib.
Qəzada xəsarət alan bir nəfərin müalicəsi isə Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)
***
Baş DYP İdarəsi Siyəzən rayonunda baş vermiş və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Avtosfer.az-a daxil olan məlumata görə, bu gün saat 15:20 radələrində Siyəzən rayonu H.Əliyev küçəsində 3 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər şərnişin isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.(apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













