SON DƏQİQƏ! Qəza törədən "jurnalist" xanım digər sürücünü təhqir etdi - VİDEO

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. "Prius" markalı iki avtomobil toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində baş verib. Belə ki, dairədə hərəkətdə olan zaman 77-DM-310 dövlət nömrə nişanlı qırmızı "Toyota" markalı avtomobil sağdan ötmə əməliyyatını həyata keçirərkən 99-NT-406 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin yoluna çıxıb. Qırmızı "Prius" avtomobilini idarə edən xanım sürücü hal şahidlərinin sözlərinə görə günahkar olsa da, digər sürücüyə qarşı təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən "qəhrəman xanım" ərazidə polis əməkdaşlarının olmasına baxmayaraq Avtosfer.az-ın çəkiliş heyyətinə mane olmağa çalışıb: "Mən jurnalistəm çəkmə qaqa".
Qeyd edək ki, "həmkarımız" xanım sürücü, əgər siz jurnalistsinizsə bu addan istifadə etmək yerinə qaydalara əməl etməyiniz daha düzgün olar.
Nurlan Sakitoğlu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












