Sükan arxasında yatan sürücü qəzaya səbəb oldu - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.
1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər ona sağ baldır sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyub.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib. Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsi istiqamətində tıxac yaranıb.
Nəsimi RPİ-dən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.




Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO












