Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 1 Mart 2021 13:16
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun

Sumqayıt şəhərində yol qəzası olub.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 27-si saat 23 radələrində şəhərin 11-ci mikrorayon ərazisində şəhər sakini O.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunub : 956
ŞƏRH YAZ
Ad

E-mail

Şərh