Sumqayıtda dəhşətli qəza: Maşın piyadanı göyə uçurtdu - VİDEO

Yolu qaçaraq keçmək istədi, amma avtomobilin hədəfinə tuş gəldi.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan bədbəxt hadisə Sumqayıt şəhərinin Gənclik küçəsində qeydə alınıb. Yolun müşahidə kamerasına düşən görüntülərdən də aydın olduğu kimi sürətlə hərəkət edən avtomobil digər tərəfə keçmək istəyən piyadanı vurub. Diqqətlə baxdığımız zaman yolun insanlar yaşayan ərazidə yerləşdiyini və bu məqamda sürücülərin sürəti istənilən halda azaltmalarının vacib olduğunu diqqətə çatdırmalıyıq. Digər tərəfdən piyada ehtiyatsızlığı da görüntülərdə bariz şəkildə görünür. Belə ki, yolu keçmək istəyən piyada yalnız önünə baxaraq qarşı istiqamətə fokuslandığı üçün soldan gələn avtomobilə baxmayıb. Nəticədə göyə qalxaraq bir neçə dəfə fırlandıqdan sonra yerə çırpılan piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hazırda yaralı reanimasiya şöbəsindədir.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












