Sumqayıtda yol qəzasında 4 nəfər xəsarət alıb

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-nın yerli bürosuna istinadən məlumatına görə, şəhərin Sülh prospektində “VAZ 21011” markalı avtomobil yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Hümbətov Nicat Yaqub oğlu və onun sərnişinləri - 1993-cü il təvəllüdlü Vəliyev Nahid Muxtar oğlu, 1981-ci il təvəllüdlü Hümbətova Tünzalə Vahab qızı və 2010-u il təvəllüdlü Əliyli Hüseyn Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Bir müddət yolda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra tıxac aradan qaldırılıb və avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












