Sürücü qəza törədib avtomobilini yandırdı - FOTOLAR

Ötən gecə Bakının Xətai rayonunda qeyri-adi yol qəzası baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Babək prospektində qeydə alınan qəzada sürücü öz maşınını yandırıb. Belə ki, prospektlə hərəkət edən "Chevrolet" markalı avtomobillə "Mercedes" toqquşub.
Hələlik kimliyi məluma olmayan "Chevrolet"in sürücüsü qəzadan sonra maşındakı ehtiyat yanacağı avtomobilin üzərinə tökərək yandırıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanan maşın tez bir zamanda söndürülüb.
Əraziyə gələn polis əməkdaşları maşınına od vurub yandıran sürücünü qaçmaq istəyərkən saxlayıblar. Sürücü ifadəsinin alınması üçün Xətai Rayon Polis Şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO














