Sürücü sükan arxasında öldü, qəza baş verdi - VİDEO - YENİLƏNİB

Qəzalar 8 Fevral 2023 18:43 Oxunub 2580
Sürücü sükan arxasında öldü, qəza baş verdi    - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 15 radələrində 1968-ci il təvəllüdlü Fəxrəddin Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən ilkin ehtimala əsasən ürəktutmadan ölüb və  nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə dəyib.

Zərbənin təsirindən “VAZ-2107”dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

***

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 15:30 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayonun Mallı-Şıxlı kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Fəxrəddin Tofiq oğlu idarə etdiyi 90-EG-139 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında qəflətən ürək tutmasından dünyasını dəyişib. Avtomobil təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun əks istiqamətində, küçənin kanarında dayanmış Göyçay şəhər sakini, 1971-ci il təvəllüdlü Mehdiyev İsmixan Mövsüm oğluna məxsus 02-BU-741 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobilə çırpılıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Yaxınlıqdakı insanların köməyi ilə ürək tutmasından dünyasını dəyişən Fəxrəddin Xəlilov əzilmiş avtomobildən çıxarılaraq başqa nəqliyyat vasitəsilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun ürək tutması səbəbindən dünyasını dəyişdiyini bildiriblər. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (unikal)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh