Şuşa yolunda betonqarışdıran avtomobil aşdı, ölən və yaralanan var - FOTO

Xocavənd rayonu ərazisində avtomobil qəzası olub.
Oxu.Az-ın Qarabağ bürosu xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. Neftçala rayon sakini 1978-ci il təvəllüdlü Rahil Ağayevin idarə etdiyi “DAF” markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sərnişin - Biləsuvar rayon sakini 1976-cı il təvəllüdlü Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.
***
Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.
Ağır vəziyyətdə olan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












