Təcili tibbi yardım maşını ilə piyadanı vurub öldürdü

Şəki Apellyasiya Məhkəməsində Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Vəliyevin barəsindəki verilən hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd: 2022-ci il dekabrın 13-ü saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb. İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, İlkin Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.
Pravda.az
Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı - VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB












