TIR toy karvanındakı maşına çırpıldı, 4 nəfər öldü - VİDEO

Qəzalar 14 Oktyabr 2023 13:20
TIR toy karvanındakı maşına çırpıldı, 4 nəfər öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye rayonunun Kızlaç kəndində baş verib. Sürücü bilinməyən iri yük avtomobili TIR toy karvanında olan Ökkeş C.-nın idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan 4 sərnişin həlak olub, sürücü və 2 sərnişin isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.

 

 

Oxunub : 31610
ŞƏRH YAZ
Ad

E-mail

Şərh