“Tofaş” yüngül ticarət maşını ilə toqquşdu: 1 ölü, 9 yaralı – FOTO

Türkiyənin Konya vilayətində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Seydişehir – Konya trasının 5-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, 30 yaşlı İsmayıl Kavalcanın idarə etdiyi 26 KN 298 qeydiyyat nömrə nişanlı “Tofaş” markalı minik avtomobili, naməlum səbəblərdən yolun əks istiqamətindən gələn 26 yaşlı Durmuş Əli Karalın idarə etdiyi 42 BFS 62 qeydiyyat nömrə nişanlı yüngül ticarət maşını ilə toqquşub. Zərbənin təsirindən “Tofaş” işıq dirəyinə çırpılaraq deformasiyaya uğrayıb. Ticarət maşını isə aşıb.
Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hər iki nəqliyyat vasitəsində olan 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev





Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












