Tovuzdakı yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Tovuz rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı araşdırmalar davam etdirilir.
Avtosfer.az-ın "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, aprelin 29-u saat 18 radələrində rayonun Xatınlı kənd yolunda hərəkətdə olan 60-BT-951 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 3 nəfər - Tovuz rayon Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu, onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xatınlı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Onlar hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Ağır xəsarət alan T.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılardan İ.Alıyevə ilkin tibbi yardım göstərilib və hazırda müalicəsini davam etdirmək üçün evə buraxılıb. Digər xəsarət alan A.Yusifovun isə müalicəsi xəstəxanada davam edir. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












