“Toyota” Çindəki fəaliyyətini dayandırır

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota” koronavirusun yayılmasına görə fevralın 10-dan Çindəki zavodlarının fəaliyyətini dayandıracaq.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, şirkətin yaydığı press-relizdə yerli və regional hökumətlərin tövsiyələrinin, ehtiyat hissələrin tədarükü və logistikanın nəzərə alınaraq bu qərarın qəbul edildiyi göstərilib.
“Toyota” Çindəki fəaliyyətini ilkin olaraq fevralın 17-dən etibarən bərpa etməyə hazırlaşır.
Şirkət həmçinin yerli hökumət orqanlarının işini asanlaşdırmaq üçün yeni növ virusun daha çox təsir etdiyi ərazilərdə yaşayanlara yardım kampaniyasına qoşulacağını açıqlayıb. “Toyota” qoruyucu maskalar, işçilər üçün bioloji təhlükəsizlik kostyumları, dezinfeksiyaedici maddələr göndərəcək.
Qeyd edək ki, “Toyota”nın Çində avtomobil və ehtiyat hissələr istehsalı üzrə 12 zavodu var.
Əlavə edək ki, fevralın 7-si səhər saatlarına qədər Çində 31 211, digər ölkələrdə isə 220-dən çox koronavirusa yoluxma halı təsdiqlənib, 638 nəfər virusdan ölüb, 1 540-dan çoxu sağalıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












