Türkiyədə “Renault” elektrik dirəyinə çırpıldı: 3 nəfər yanaraq öldü - FOTO

“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”. Bu məlumatı APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib. E.Süleymanlı deyib ki, hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur: “Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.
***
Türkiyənin Trabzon vilayətində azərbaycanlılar ağır yol qəzasına düşüblər. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə mayın 23-də yerli saatla 11:30-da “Of” - “Çaykara” avtomagistralında qeydə alınıb. Məlumata görə, Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi 61 MA 0611 qeydiyyat nömrə nişanlı “Renault” markalı minik avtomobillə hərəkətdə olan zaman, naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq betondan elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən “Renault” yanmağa başlayıb.
Avtomobildə sıxışmış vəziyyətdə qalan çay plantasiyasında işləyən 3 nəfər yanaraq hadisə yerində vəfat ediblər, sürücü isə yanıq xəsarətləri ilə, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb.
Hazırda Azərbaycan vətəndaşları olan 3 nəfərin şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev



Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












