Türkiyədə təyyarədə bomba olması xəbəri təsdiqlənmədi - YENİLƏNİB

Türkiyənin Ankara şəhərindən Şanlıurfa GAP Hava Limanına uçan “AJet” sərnişin təyyarəsində təhlükəli partlayıcı qurğunun olması ilə bağlı məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar Şanlıurfa valisi Hasan Şıldak açıqlama verib.
Açıqlamaya əsasən, məlumatdan sonra təyyarə təhlükəsiz şəkildə eniş edib və göyərtədəki 143 nəfər – sərnişinlər və ekipaj üzvləri nəzarətli şəkildə təxliyə olunub.
Təhlükəsizlik və axtarış qrupları təyyarə və baqaj üzərində ətraflı yoxlamaları davam etdirirlər.
***
Şanlıurfa valisi Hasan Şıldak hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, sərnişin təyyarəsində partlayıcı maddə olması ilə bağlı başladılan axtarış işləri başa çatıb.
Axtarışlar zamanı hər hansı təhlükəli əşyanın tapılmadığını qeyd edən vali deyib:
“Yoxlamalardan sonra təyyarə dayanacaq sahəsinə aparıldı. Hava hərəkətini yenidən normala qaytarırıq. Hadisədən təsirlənən bütün sərnişinlərimizə və heyətimizə keçmiş olsun diləklərimi çatdırıram”.
H. Şıldak saxlanılanların olub-olmaması ilə bağlı suala cavabında məsələ üzrə hüquqi prosesin başladığını vurğulayıb:
“Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində zəruri araşdırma və tədqiqatlar davam etdirilir. Bütün lazımi sübutların toplanması prosesi gedir. Hazırda hər hansı təhlükəsizlik problemi yoxdur, hava hərəkətini də bərpa etmişik”.
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO











