Türkiyədə yolun buzlu və sürüşkən olması qəzaya səbəb oldu: 46 sərnişin yaralanıb - FOTO

Türkiyənin Ərzincan vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 31-də yerli saatla 11.00 radələrində Ərzincan-Ərzrum avtomagistralının Avcılar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücünün idarə etdiyi 34 EZ 6599 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun qarlı, buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtobusda olan 46 sərnişin xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləş xəstəxanalara çatdırılıblar.
Bildirilir ki, “Patnos İtimat” şirkətinə məxsus avtobus İzmir-Ağrıya reysi həyata keçirib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












