Türkiyəli aktyor qəzaya düşdü - FOTO

Türkiyəli aktyor Celil Nalçakan dünən gecə avtomobil qəzasına düşüb.
Avtosfer.az xəbər verir ki, hadisədən sonra sosial media hesabında paylaşım edən məşhur aktyor baş verənləri özü izah edərək yayılan yanlış məlumatların qarşısını almaq istədiyini bildirib.
“Poyraz Karayel”, “Leydi Di”, “Kardeşlerim” kimi layihələrlə tanınan və hazırda “Rüya Gibi” serialı ilə yenidən ekranlara qayıdan Nalçakan paylaşımında həm qəza barədə danışıb, həm də hadisə yerindən görüntülər paylaşıb.
“Hamıya salam. Birinci ağızdan eşitməyinizi istədim. Çünki belə hallarda yayılan yanlış məlumatlar həm yaxınlarımızı, həm də bizi sevənləri çox narahat edir. Bəli, avtomobil qəzası keçirdik. Havanın şəraiti səbəbilə qarşıdan gələn qardaşımız sükana nəzarəti itirdi”, - 47 yaşlı aktyor açıqlamasında deyib.
Aktyor səhhətinin yaxşı olduğunu, qarşı tərəfdəki sürücünün və onunla birlikdə olan, həm də asistentliyini edən qardaşının da vəziyyətinin yaxşı olduğunu deyib.
“Bizdə bir cızıq belə yoxdur, amma maşınlarda bir az problem var. Yanlış xəbərlər canınızı sıxmasın deyə istəyirdim ki, hadisəni birbaşa məndən eşidəsiniz. Hər şey qaydasındadır”, – deyə o əlavə edib.
Xatırladaq ki, Celil Nalçakan bir neçə ay əvvəl ağız boşluğunda yaranan problemlə bağlı 6 saatlıq əməliyyat olunmuşdu.

Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO
Gəncədə avtomobil evin hasarına çırpılıb - FOTO
Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu - VİDEO
Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı - VİDEO
İsmayıllıda qeyri-adi qəza: Gənc oğlan maşına çırpıldı - ANBAAN VİDEO












