Ucarda 2 ağırtonnajlı avtomobil toqquşdu, xəsarət alan var - FOTO

Ucardakı qəzada xəsarət alan sürücünün şəxsiyyəti müəyyən edilib.
Zərərçəkən 1956-cı ildə anadan olmuş Türkiyə vətəndaşı Şahin İlyas Şevketdir. Ona qarnın küt travması, daxili qanaxma, sağ said sümüklərinin açıq sınığı və üçüncü dərəcəli hemorrogik şok diaqnozu qoyulub.
***
Ucarda 2 ağırtonnajlı yük avtomobili toqquşub.
Hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə istiqamətində hərəkətdə olan 2 yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan hələlik şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












