Ucarda “Toyota” “Mercedes”ə çırpıldı: 5 nəfər xəsarət aldı - FOTO

Ucarda 5 nəfərin xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. “Toyota” markalı minik maşını yol kənarında dayanmış “Mercedes”ə çırpılıb. Nəticədə müxtəlif xəsarətlər alan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Xaləddin Sabir oğlu Həsənov, Ucar rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Niyaz oğlu Qədirov, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Pərvin Qurban oğlu Mehdiyev, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Fərid Abbas oğlu Abbasov və Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü Ziya İntiqam oğlu Məmmədzadə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO


















