Velosipedçini qəzaya salan avtomobil “Bufer”i - VİDEO

Təkəri çıxan avtomobil yolda drift etdi, qopan buferi isə velosiped sürücüsünü yolundan etdi.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan hadisə Çexiyada baş verib. Avtomobilin videoregistratoruna düşən görüntüdən aydın olduğu kimi yolun əks istiqamətində hərəkət edən taksi bir anda idarəetməni itirərək yolda fırlanmağa başlayıb. Maşının təkərinin yerindən çıxması ilə kontrolu buraxan sürücü manevr edərək avtomobilini saxlamağı bacarsa da, arxa buferinin qopması nəticəsində yolun sağ tərəfi ilə gedən velosipedçinin hərəkəti məhdudlaşıb. Belə ki, qopan buferin velosipedə dəyməsi ilə yerə yıxılan sürücü bir neçə saniyə sonra ayağa qalxaraq hərəkətini bərpa etməyi bacarıb.
Qeyd edək ki, qəza qurbanına çevrilən velosipedçi şikayətçi olmasa da, taksi sürücüsü məsuliyyətə cəlb olunub.
Nərmin Əkbər
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA












