Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTO

Hadisə gecəsaatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb
Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda toydan qayıdanlar qəzaya düşüb, 2 nəfər həyatını itirib.
Avtosfer.az-ın məlumatına görə, qəza zamanı ölən 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Qeyd edək ki, Ayxan İsgəndərovun 3 qardaşı var. Onların hamısı DİN əməkdaşıdır.
Xatırladaq ki, hadisə gecəsaatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "RAV 4" və "Mercedes CLS" markalı minik maşınları yolun kənarında dayanıblar. Bu zaman Goranboy rayon sakini 1992-ci il təvəllüldü Abbas Abbasov idarəetdiyi "Mercedes" markalı minik maşını ilə üzü Bakı istiqamətdə olarkən idarəetməni itirərək digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə "RAV 4"ün sürücüsü 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və "Mercedes CLS"nin sürücüsü 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər.



Poliqon.info
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












