“Volvo” motosikletlə toqquşdu: ata-ana öldü, uşaqları isə ağır yaralandı - FOTO

Türkiyənin Manisa vilayətində motosikletin və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident ötən gün İzmir – Ankara avtomagistralının Kula rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Uşakdan İzmir istiqamətində hərəkətdə olan Əhməd Gürkan Değirmenci idarə etdiyi 35 KM 709 qeydiyyat nömrə nişanlı “Volvo” markalı minik avtomobillə, 33 yaşlı Şərif Süleyman Ağırbaşın idarə etdiyi motosiklet toqquşub.
Toqquşmanın təsirindən motosikletdə olan sürücü, həyat yoldaşı Nazirə Nazlı (24) və uşaqları Nuriyə Nisa (2) ilə Ramazan Ağırbaş (6) yola düşüblər.
Nəticədə Şərif Süleyman Ağırbaşı ilə həyat yoldaşı Nazirə Nazlı aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Ağır vəziyyətdə olan övladları isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
“Volvo”nun sürücüsü Əhməd Gürkan Değirmenci, polis əməkdaşları tərəfindən ifadəsi alınması üçün bölməyə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev





Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












