Xırdalanda avtobus qəsdən qəza törətdi - VİDEO

Aprelin 16-da Xırdalan şəhərində qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 592 saylı xətt üzrə hərəkət edən avtobus 135 saylı xətt üzrə hərəkət edən digər marşrutu vurub.
Bununla bağlı 135 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun məxsus olduğu şirkətdən bildirilib ki, 592 saylı marşrutun sürücüsü qəsdən digər avtobusu vuraraq güzgüsünü sındırıb: “Bu kimi hadisələr təəssüf ki, tez-tez baş verir. Bəzi sürücülər daha çox sərnişin yığmaq üçün eyni istiqamətdə hərəkət edən avtobuslarımızın qarşısını kəsir. Belə xuliqanlıq hərəkətləri edən sürücülərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nağd qaydada və planla işləyən bir çox sürücü idarə etdikləri köhnə avtobuslarla elektron ödəniş sistemi ilə xidmət göstərən müasir iritutumlu avtobuslarımızın qarşısını kəsərək insidentlər törədir. Baş vermiş son hadisə şirkətimizə məxsus avtobusun kamerası tərəfindən lentə alınıb. Artıq bu barədə də aidiyyəti orqanlara müraciət etmişik".
Faktla bağlı araşdırma aparılır.
(qafqazinfo)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












