Xızıda ağır yol qəzasında avtomobil yandı; Ölən var - FOTO - VİDEO

Xızı qəzasında baş verən sürücünün şəxsiyyəti məlum olub. Baş Dövlət Yol Polisi İdarəsininbaş inspektoru,polis baş leytenantı Elvin Hacıəliyev bildirib ki, "Mercedes" markalı avtomaşının yük avtomobilinin arxasına çırpılması nəticəsində ölən sürücü 22 yaşlı Cəmil Əkrəm oğlu Hacaliyevdir. Polis rəsmisi qəzanın avtomaşınların Bakı istiqamətinə hərəkəti zamanı Bakı-Quba yolunun 60-cı km-də baş verdiyini bildirib.
***
Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub. Avtosfer.az-ın məlumatına görə, magistral yolda "Mercedes" markalı minik avtomobili eyni markalı yük avtomaşınının arxasına çırpılıb. Ətrafda olan insanlar sürücünü avtomaşından çıxarıblar. Bu,zaman maşın qəfildən alışıb.Yaralı sürücü Sumqayıt şəhər xəstəxanasına aparılarkən həyatını itirib. Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır. Ölən sürücünün kimliyi dəqiqləşdirilir.


***
Bakı-Quba yolunun Xızı rayonunun Məşədihəsənli kəndindən keçən hissəsində dəhşətli qəza olub. Avtosfer.az xəbər verir ki, hələlik markası bilinməyən minik avtomobili TIR-in altına girib. Bu zaman avtomaşında yanğın başlayıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb (Bizim.Media).
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












