Xocalıda beton tökən maşın aşdı, yaralılar var

Xocalı rayonunda yol qəzası olub, xəsarət alanlar var.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Araşdırmalar zamanı məlum olub ki, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə "Mercedes" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb.
Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
İkinci zolaqdan sağa dönənləri avtobuslar belə vurur - VİDEO
Azərbaycanlı iş adamı faciəli şəkildə öldü - FOTO
Sürücü yuxulayıb maşını aşırdı; heyvanlar tələf oldu - FOTO
Tələsirəm deyən sürücü qəza törədib qaçdı - VİDEO
"VAZ dairəsi"ndə qəza: Betonqarışdıran maşın aşdı – VİDEO
Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO
Bakıda AĞIR QƏZA: ÖLƏN VAR












