Yeniyetmə qaçırdığı avtomobili ağaca çırpdı: 2 ölü, 2 yaralı - FOTO

Rusiyanın Rostov əyalətində 2 nəfərin ölümü, 2 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 4-də səhər saatlarında Belaya Kalitva şəhərində qeydə alınıb.
Məlumata görə, 14 yaşlı oğlan valideynlərinin icazəsi olmadan “Lada Priora” markalı avtomobili sürmək üçün götürüb. Özündən başqa daha 3 nəfəri də avtomobilinə mindirən yeniyetmə, hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan “Priora” yol kənarındakı ağaca çırpılıb. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.
Nəticədə sürücü və daha bir 14 yaşlı yeniyetmə aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Digər 16 yaşlarında olan iki nəfər yaralanıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
![]()
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












