Yevlaxda qəza oldu - Xəsarət alanlar var - FOTO

Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
***
Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var. Məlumata görə, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşlı olmaqla 7 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












