Yol qəzasında 3 yaşlı uşaq öldü, 3 nəfər yaralandı - VİDEO - YENİLƏNİB

Yevlaxda baş verən ağır yol qəzasında 3 yaşlı uşaq həyatını itirib, 3 nəfər yaralanıb. Avtosfer.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. Şaiq Türen oğlu Zinharovun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi, Yevlax istiqamətində hərəkətdə olan "VAZ 21 06" markalı minik maşını ilə toqquşub. Toqquşma nəticəsində "VAZ 21 06"dakı sərnişin, 2012-ci il təvəllüdlü Hüseyn Teymur oğlu Yusifzadə hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişinlər- 2002-ci il təvəllüdlü Sabir Teymur oğlu Yusifzadə, 1950-ci il təvəllüdlü Rəhman Yaqub oğlu Əliyev və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqatlar Şöbəsində araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyi Ağdaşda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Oktyabrın 27-də saat 21 radələrində Ağdaş şəhərində rayon sakini Şaiq Zinharovun idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Rəhman Əliyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə R.Əliyev və sərnişinləri Fəridə Zeynalova, Sabir Yusifzadə və qardaşı Hüseyn xəstəxanaya yerləşdirilib, R.Əliyev və Hüseyn orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Fidan
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












