Yolun əksinə çıxdı, toqquşdu

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 106-cı kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində, Lahıc çayı üzərindəki körpüdə baş verib. 1989-cu il təvəllüdlü, Balakən şəhər sakini Fərrux Fərhad oğlu Məsiyev idarə etdiyi “VAZ 21099” markalı “07 BA 105” dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətinə çıxması səbəbindən maşını qarşı tərəfdən Qax rayonu istiqamətində hərəkətdə olan Gürcüstan Respublikasının Loqodexi rayon sakini, Papiaşvili Quram Vladimiroviçin idarə etdiyi avtomobilə çırpıb. Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərrux Məsiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Fərrux Məsiyevin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










