Bakıda yayılan bu görüntülər təəccüb doğurdu – Yeni binalarda nə baş verir?

Sentyabrın 7-si Bakıda güclü küləyin bəzi binalara zərər vurduğuna dair görüntülər yayılıb. Videolarda xüsusilə bəzi yeni binaların fasad hissəsinin qopduğu əks olunub.
Avtosfer.az bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, binaların tikintisi zamanı normativ qaydalara əməl olunması vacib şərtlərdən biridir.
“Binanın yeni yaxud köhnə olması onun konstruktiv elementlərinin və tikinti komponentlərinin keyfiyyət göstəricisi sayıla bilməz. Praktikada elə yeni tikililərə rast gəlmək mümkündür ki, onların fasadı, konstruktiv elementləri və hətta bünövrəsinin keyfiyyəti baxımından müəyyən problemləri olsun. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müəyyən etdiyi yeni tikinti normativləri daha sərt tələbləri özündə ehtiva edir. Bu tələblərin əsas məqsədlərindən biri yeni tikililərin təhlükəsizliyini təmin etmək və vətəndaşların həmin binalarda etibarlı şəraitdə yaşamasına nail olmaqdır”.
AQC sədri bildirib ki, güclü külək və digər iqlim hadisələri zamanı yeni tikililərin fasad hissələrinin qopması kimi halların başvermə səbəbləri araşdırılmalıdır:
“Həmin binaları inşa edən şirkətlər də bu məsələyə aydınlıq gətirməlidirlər. Əgər araşdırma nəticəsində tikinti prosesində normativ tələblərin pozulduğu və ya keyfiyyətsiz materiallardan istifadə edildiyi müəyyən olunarsa, bu halda tikinti şirkəti məsuliyyət daşımalıdır. Lakin bu cür halları bütün yeni tikililərə şamil etmək düzgün deyil. Çünki müasir standartlara uyğun, yüksək keyfiyyətlə inşa edilmiş kifayət qədər yeni bina var”.
Ekspertin sözlərinə görə, müvafiq qurumlar həm tikintinin təhlükəsizliyinə, həm də istifadə olunan materialların keyfiyyətinə nəzarəti gücləndirməlidir:
“Bu nəzarəti dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar da həyata keçirə bilər. Hadisənin səbəbi tikinti zamanı normativlərin pozulması olubsa, şirkət bununla bağlı məsuliyyət daşımalıdır. Əks halda, hadisənin güclü külək və digər obyektiv amillərlə bağlı olduğu müəyyən edilərsə, məsələ bu çərçivədə qiymətləndirilməlidir”./globalinfo.az
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












