Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var

Ermənistanda Rusiyada mümkün yeni səfərbərliklə bağlı iddia gündəmə gəlib. Bildirilir ki, oktyabr ayında Rusiyada genişmiqyaslı səfərbərlik elan olunacaq və bu səfərbərlikdən qaçan yüz minlərlə rus İrəvana gəlib kirayə ev axtaracaq.
Belə bir ssenari reallaşarsa, rusların bir hissəsi Azərbaycana da üz tuta bilərmi? Regionu, o cümlədən ölkəmizi nə gözləyir?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, belə qərar qəbul olunarsa, 2022-ci ildə olduğu kimi əsas miqrasiya istiqamətləri Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə olacaq:
“Lakin Azərbaycanın da bu axından tamamilə kənarda qalacağını demək olmaz. Yəni ölkəmizə qohumluq, işgüzar və şəxsi əlaqələri olan, xüsusilə informasiya texnologiyaları, maliyyə, eləcə də xidmət sahələrində çalışan rusların gəlməsi mümkündür. Hesab edirəm ki, Azərbaycana axın Ermənistan və Gürcüstanla müqayisədə daha məhdud və seçici xarakter daşıyacaq”.
Politoloq bildirib ki, kütləvi axın regionda kirayə qiymətlərinin bahalaşmasına, xidmət sektorunda tələbatın artmasına və əmək bazarında rəqabətin güclənməsinə səbəb ola bilər:
“Müəyyən sayda ixtisaslı mütəxəssisin gəlməsi iqtisadi fəallıq yaratsa da, nəzarətsiz miqrasiya təhlükəsizlik, qanunsuz məşğulluq, maliyyə əməliyyatları və sanksiyalardan yayınma cəhdləri baxımından əlavə risklər doğuracaq. Azərbaycan üçün əsas məsələ ölkəyə gələn şəxslərin qeydiyyatının, fəaliyyətinin və maliyyə mənbələrinin ciddi şəkildə yoxlanılmasıdır. Düzgün idarəetmə olduğu halda bu proses iqtisadi imkan yarada bilər, lakin axın böyük və nəzarətsiz olarsa, xüsusilə Bakıdakı mənzil bazarı, sosial xidmətlər üzərində təzyiq artacaq”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












