Yük maşını ilə toqquşan “VAZ” əzik-əzik oldu; 3 nəfər hadisə yerində öldü – FOTO

Rusiyanın Kemerov əyalətində minik avtomobilinin və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 5-də 17:50-də P-255 “Sibir” avtomagistralının 302-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü, idarə etdiyi “VAZ-2110” markalı minik avtomobillə hərəkətdə olarkən naməlum səbəblərdən sükan idarəetməsini itirərək yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “MAN” markalı yük maşını ilə toqquşub.
Zərbənin təsirindən “VAZ” deformasiyaya uğrayıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişini – qadın və azyaşlı uşaq vəfat ediblər.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, hazırda araşdırma aparılır.
Namiq Musayev


Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












