Yük maşını mikroavtobusla toqquşaraq körpüdən aşdı: xəsarət alanlar var

Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, Kür çayı üzərindəki körpünün ütündə qeydə alınıb. Yevlax rayon sakini, 1959-cu il təvəllüdlü Şahin Cəlil oğlu Nağıyev idarə etdiyi "Mercedes" markalı yük maşını ilə hərəkətdə olarkən Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Həmid Gülbala oğlu Həmidovun idarə etdiyi mikroavtobusla toqquşub. Nəticədə yük maşını idarəetməni itirərək 15 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücülər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












